Qaziler.az Türkiyənin ensonhaber.com saytına istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayraq İstanbuldan millət vəkilliyinə namizəd oldu.
İyunun 7-də parlament seçkilərində iştirak edəcək namizədlərdən biri də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayraqdır.Turkuvaz Media Qrupunun İdarə Heyətinin Sədr müavini Sərhəd Albayrağın qardaşı olan Berat Albayraq AKP-dən İstanbul 1-ci bölgə 6-cı sıradan namizəd göstərilib.
Qeyd edək ki, geniş ictimaiyyət tərəfindən tanınması isə Berat Albayrağın R.T. Ərdoğan Baş Nazir olduğu dövrdə - 2004-cü ildə qızı Əsra ilə evlənməsindən sonra olub.