İŞİD Mosulda ordunun qarşısını kəsdi

İŞİD Mosulda ordunun qarşısını kəsdi backend

İraq ordusu Mosul şəhərinin cənub hissəsində İŞİD terrorçularının ciddi müqaviməti ilə üzləşib.

Qaziler.az bildirir ki, ATV.az-ın məlumatına görə, hərbi qüvvələr şəhərə doğru irəliləyə bilmir. İŞİD terrorçuları Şura qəsəbəsinə şərq hissədən girməyə çalışan hərbçilərin qarşısını alıb. Bildirilir ki, hərbi qüvvələr Mosula yaxınlaşdıqca İŞİD-in müqaviməti daha da artır. Bu üzdən əməliyyatlara xüsusitəyinatlı hərbi qüvvələrin cəlb olunması gözlənilir. Onlar əraziyə çatana qədər hücumlara ara verilib.