Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" əməliyyatı çərçivəsində "Azad Suriya Ordusu" ilə birgə Suriyanın şimalında İŞİD-in 94, PYD-nin (Demokratik İttifaq Partiyası) isə 9 mövqeyini darmadağın edib.
Trend-in verdiyi məlumata görə, əməliyyat zamanı iki nəfər ölüb, "Azad Suriya Ordusu"nun 16 üzvü xəsarət alıb.Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı başlayandan "Azad Suriya Ordusu" 164 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.