Martın 19-dan bu yana davam edən atışmalarda Yəməndə 540 nəfər ölüb, 1700 adam isə yaralanıb. QAZİLER.AZ saytı bildirir ki, bu barədə “Anadolu” Xəbər Agentliyi Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən xəbər verib.
BMT-nin Uşaqlara Yardım Fondunun (YUNİSEF) –in sözçüsü Kristof Boulierac Yəməndə tibbi ləvazimatlara və içməli suya tələbatın olduğunu dilə gətirib. “Yüz mindən çox adam evindən didərgin düşdü”, - deyə YUNİSEF nümayəndəsi Səudiyyə Ərəbistanının martın 26-dan başladığı “Qərarlılıq fırtınası” adlı əməliyyatlar zamanı 74 uşağın öldüyünü, 44 uşağın isə şikəst qaldığını diqqətə çatdırıb.