Ukraynada ermənilərlə gürcülər arasındakı silahlı insidentdə iki nəfər ölüb

Ukraynada ermənilərlə gürcülər arasındakı silahlı insidentdə iki nəfər ölüb backend

Ukraynanın Melitopol şəhərində ermənilərlə gürcülər arasında silahlı insident baş verib.

Qaziler.az bildirir ki, APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, şəhər mərkəzindəki "Coker" kafesinin yaxınlığında 6 nəfərin mübahisəsi atışma ilə nəticələnib.

Məlumata görə, insident nəticəsində iki nəfər ölüb. Onlardan birinin erməni, digərinin gürcü olduğu bildirilir.

Hadisənin qadın üstündə törədildiyi bildirilir. Tərəflər bir-birinə tapançalardan atəş açıb. Ölənlər Zurab Onanizi və Staqis Badesaryandır.