2012-ci ildə Somali piratları tərəfindən girov götürülən 26 dənizçi nəhayət azadlığa buraxılıb.
Qaziler.az bildirir ki, ATV.az-ın məlumatına görə, Keniyanın paytaxtı Nayrobiyə gələn balıqçılar böyük coşğu ilə qarşılanıb. Çin, Filippin, Komboca, İndoneziya, Vyetnam və Tayvandan olan girovların azadlığa buraxılması üçün dəniz quldurlarına müavinət ödəndiyi bildirilir. Əsirlikdə olduqları 5 il müddətində "yeriyən ölülər" kimi yaşadıqlarını deyən balıqçılar, piratların onlara işgəncə verdiyini açıqlayıb. Gün ərzində cüzi miqdarda su içən girovlar, sağ qalmaq üçün meşədən tutduqları siçanları yeyirmiş.Sağ qalmaq üçün siçan yedilər - 4 il sonra gələn azadlıq

