“Dallnıy Vostok“ trauleri həddən artıq yüklənmədən batıb“

“Dallnıy Vostok“ trauleri həddən artıq yüklənmədən batıb“ backend

Oxot dənizində batmış "Dalnıy vostok" traulerindən sağ çıxmış şəxs bildirib ki, qəza gəminin həddən artıq yüklənməsi səbəbindən baş verib.

RİA Novosti-nin verdiyi məlumata əsasən sağ çıxmış daha bir ekipaj üzvü deyib ki, traulerdə xilasetmə vasitələri kifayət qədər olub: "Lazım olan hər şey var idi, lakin insanlar şokda idi".

Qeyd edək ki, "Dalniy Vostok" trauleri ötən həftənin cümə axşamı Oxot dənizində batıb. Xilasedicilər 132 balıqçıdan 119-nu xilas edə biliblər. Onlardan 56-ı ölüb. 13 dənizçinin taleyi naməlum olaraq qalır.
Diaspora