“Samsung” 2014-cü ildə menecerlərin 15 faizini ixtisar edib

“Samsung” 2014-cü ildə menecerlərin 15 faizini ixtisar edib backend

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti 2014-cü ilin yekunları üzrə ştatdakı menecerlərin 15 faizini işdən uzaqlaşdırıb. Bu, smartfonların xüsusilə ötən ilin üçüncü rübündə tədarükünün proqnozlaşdırılandan aşağı olması ilə əlaqədardır.

Üçüncü rübdə şirkət ştatda 1219 menecerin çalışması barədə məlumat versə də, artıq ilin sonuna onların sayı 177 nəfər (15 faiz) azaldılıb. İşdən çıxarılan və ya istefa verən 177 əməkdaşın 44-ü "IT & Mobile Communications” departamentinin işçisi olub.

Eyni zamanda yerli qəzetlərdə Cənubi Koreyada ən yüksək əməkhaqqının “Samsung”da olması barədə məlumatlar yazılır. Bundan əlavə, 2015-ci ilin aprelin ortalarından etibarən şirkətdə ştatda olan əməkdaşlar üçün yeni çevik iş qaydalarının tətbiqinə başlanılması nəzərdə tutulur, - "IT-Weekly” yazır.
Diaspora