Rusiyada helikopter qəzası: 19 nəfər öldü

Rusiyada helikopter qəzası: 19 nəfər öldü backend

Rusiyanın şimalında neftçiləri daşıyan helikopter qəzaya uğrayıb.

Qaziler.az-ın məlumatına görə, Ölkə.Az xəbər verir ki, Yamal-Nen muxtar dairəsində neft yataqlarına neftçiləri aparan Mi-8 helikopteri qəzaya düşüb.

Helikopterin göyərtəsindəki 22 nəfərdən 19 nəfəri həlak olub, 3 nəfər ağır zədə və yaralarla xilas olub.

Faktla bağlı Rusiya İstintaq Komitəsi cinayət işi başladıb. Araşdırma aparılıb.