Krımda Leninin heykəli dağıdıldı

Krımda Leninin heykəli dağıdıldı backend

Krımın Sudakn şəhərində naməlum şəxslər Leninin heykəlini yerlə bir ediblər.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Sudak bələdiyyəsinin mətbuat sözçüsü İrina Dubrovskaya bildirib ki, təhlükəsizlik orqanları məsələ ilə bağlı istintaqa başlayıblar.

Sudak bələdiyyəsinin sədri Vladimr Serov heykəlin bərpa olunaraq yenidən orada ucaldılacağını bildirib. O, bunu törədənlərin də ciddi şəkildə cəzalandırılacaqlarını vurğulayıb.

Heykəl 1930-cu ildə Leninin 60 illik yubileyi şərəfinə ucaldılıb.