Pentaqondan Türkiyə-İŞİD açıqlaması

Pentaqondan Türkiyə-İŞİD açıqlaması backend

ABŞ Türkiyənin İŞİD terror təşkilatına qarşı əməliyyatlarda iştirakını dəstəkləyir. Virtualaz.org-un türk mediasına istinadən məlumatına görə, bunu Pentaqon rəhbəri Eşton Karter Türkiyənin milli müdafiə naziri Fikri İşıkla görüşdə deyib.


Onun sözlərinə görə, Türkiyənin Suriya və İraqda baş verən hadisələrlə bağlı marağının olmasının əsası var: "ABŞ Türkiyənin öz sərhədlərinin təhlükəsizliyi üzrə tədbilərini dəstəkləyəcək".

Qeyd edək ki, Pentaqon rəhbəri hərbi çevrilişə cəhd zamanı bombalanmış Türkiyə Böyük Millət Məclisini ziyarət edib. E. Karter jurnalistlərə açıqlamasında deyib ki, Türkiyədə insanlar demokratiya və azadlıq üçün savaşıblar: “Dünya bu qorxunc olayın qəhrəmanlarını görüb. Bu aspektdə Türkiyənin güclü müttəfiqi olmağa, demokratiyaya dəstək verməyə davam edəcəyik”.