Rusiyadan bu il 10 milyardlıq kapital axını olub

Rusiyadan bu il 10 milyardlıq kapital axını olub backend

Son 10 ay ərzində Rusiyadan kapital axını 9,6 milyard dollar olub. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Maliyyə nazirinin müavini Maksim Oreşkin söyləyib.

Onun sözlərinə görə, bununla Rusiya iqtisadiyyatının adaptasiya dövrü başa çatıb. O, həmçinin sentyabr ayında ölkədə inflyasiyanın 6,4% olduğunu bildirib.

Qeyd edək ki, 2014-cü ildə Rusiyadan kapital axını 150 milyard dollar, 2015-ci ildə isə 50 milyard dollar olub.