Serbiya heç vaxt Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiya Xarici İşlər naziri İvitsa Daçiç söyləyib. Onun sözlərinə görə, Serbiya Avropa Birliyinə daxil olmaq üçün heç vaxt öz maraqlarını qurban verməyəcək.
O, Serbiyaya AB tərəfindən təzyiqlərin qəbuledilməz olduğunu bildirib.
Qeyd edək ki, Avropa Birliyi Serbiyadan öz xarici siyasətini Birliyin siyasəti ilə uyğunlaşdırmasını istəyir.