Abadi: “Əməliyyatda belə sürət gözləmirdik”

Abadi: “Əməliyyatda belə sürət gözləmirdik” backend

İraqın Baş naziri Heydər Abadi Mosul əməliyyatları ilə bağlı açıqlama verib. Axar.az xəbər verir ki, baş nazir əməliyyatın gözlənildiyindən daha sürətlə getdiyini deyib: “Təxmin etdiyimizdən daha sürətlə irəliləyirik”.

Xatırladaq ki, bu gün - əməliyyatların dördüncü günündə peşmərgə qüvvələri 3 kəndi terrorçulardan azad edib.

Kürd qüvvələri Mosulun Naveran bölgəsində İŞİD-ə məxsus pilotsuz uçan aparatı da vurub.

Beynəlxalq koalisiya qüvvələrinin nümayəndəsi general-mayor Qeri Voleski İŞİD liderlərinin şəhəri tərk etdiyini açıqlayıb.