ABŞ-da ailə faciəsi: 8 nəfər öldü

ABŞ-da ailə faciəsi: 8 nəfər öldü backend

ABŞ-da 8 nəfər dəm qazından zəhərlənərək ölüb. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, hadisə Merilend ştatının Prinsess Ann şəhərində baş verib.

Ölənlərin cəsədləri aprelin 6-da fərdi evlərin birində aşkar edilib. WMDT telekanalının məlumatına əsasən, onlar bir ailənin üzvləri olub – ata və onun 6-dan 16-dək övladları.

Hazırda mütəxəssislər insidentin baş vermə səbəblərini müəyyən etməyə çalışırlar.
Diaspora