Türkiyədən bəyanat: Mosula giririk

Türkiyədən bəyanat: Mosula giririk backend

Türkiyə Milli Müdafiə naziri Fikri İşıq sünni partizanlara və İŞİD-ə qarşı keçirilən əməliyyatla bağlı bəyanat verib.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, nazir koalisiya qüvvələri ilə razılıq əldə edildiyini bildirib.

İşıq Türkiyənin Mosul əməliyyatına havadan dəstək verəcəyini bildirib: "Hərbi hava qüvvələrimizin Mosul əməliyyatına qoşulması istiqamətində koalisiya qüvvələri ilə razılığa gəldik. Türkiyəsiz Mosulun gələcəyinə dair qərar vermək mümkün deyil".