İraq ordusunun hissələri Mosulun şəhərətrafı rayonu sayılan Hemdaniyyəyə daxil oldu.
Qaziler.az-ın məlumatına görə, Ölkə.Az xəbər verir ki, bu ərazi Mosulun cənubi-şərqində yerləşir və aralarına 10 km məsafə var.Hal-hazırda Hemdaniyyədə terrorçularla döyüşlər davam edir. Ətrafı tüstü bürüyüb.
Qeyd edək ki adı çəkilən ərazi əvvəllər xristianlara məxsus olub. İki il yarımdır ki Hemdaniyyə terrorçuların nəzarəti altındadır.