Rusiya paytaxtının “Domodedovo” aeroportunda Moskva-Tokio marşrutu ilə uçan təyyarə məcburi eniş edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb təyyarənin havaya qalmasından sonra şassi dayağının yığılmaması olub.Məcburi eniş zamanı zərərçəkənin olmayıb. Yaponiyanın “JAL” hava yollarına məxsus təyyarənin göyərtəsində 249 sərnişinin olduğu bildirilir.