“İŞİD” qruplaşmasının silahlıları Suriyanın paytaxtı Dəməşqdən 220 km aralıda yerləşən Salmiyə şəhərini atəşə tutub. Atəş nəticəsində 7 nəfər ölüb.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Mayadin” telekanalı məlumat yayıb.Minaatanlardan və raket qurğularından açılan atəş nəticəsində 7 nəfər ölüb, onlarla insan xəsarət alıb.
Xatırladaq ki, martın 31-də “İŞİD”-in Əl-Məbuca şəhərinə hücumu zamanı 48 nəfər ölmüş, 80 nəfər yaralanmışdı.