Rus general:“Terrorçular saqqalarını qırxır, onlara deyirəm ki...“

Rus general:“Terrorçular saqqalarını qırxır, onlara deyirəm ki...“ backend

Suriyanın Hələb şəhərində vəziyyət ağır olaraq qalır. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, şəhərdə humanitar dəhliz yaradılması məqsədi ilə atəşkəs elan olunacaq.

Suriyada Rusiya Xüsusi Əməliyyat İdarəsinin Baş Qərargahının rəisi Sergey Rudskoy cümə axşamı Moskva vaxtı ilə saat 8:00-dan 16:00-dək rus qırıcılarının və Suriya hərbçilərinin əməliyyatları dayandıracağını açıqlayıb. Bu addım dinc əhalinin şəhəri tərk etməsi məqsədilə atılacaq: "Həmin zaman kəsiyində şəhəri terrorçular da tərk edə bilər. Onlar üçün də əlavə iki dəhliz açılacaq", - deyə Rudskoy bildirib.

General əllərində bəzi məlumatların da olduğunu bildirib: "Bizdə olan informasiyaya görə, terrorçular silahlarını atmağa başlayıblar. Onlar saqqallarını qırxıb əhaliyə qarışırlar. Onların liderlərinə və terrorçularıa dəstək verənlərə bir daha deyirəm ki, təşkil edilən iki dəhliz açıq olacaq, şəhəri tərk etsinlər".