Türkiyənin Adana vilayətində gənc oğlan sevgilisi ilə görüşmək üçün niqaba bürünərək adaxlıbazlığa gedib.
Qaziler.az Teleqraf.com-a istinadən bildirir ki, gəncin yeni qohum olduğu ailədə nişanlılar arasında görüş qadağan olduğu üçün o, gizlin yolla sevgilisini görmək istəyib. Amma gəncin arzusu ürəyində qalıb.Polis niqablı şəxsdən şübhələnərək izinə düşün. Onu terrorçu zənn edən asayiş keşikçiləri saxlayıblar. Saxlanılarkən məlum olub ki, niqab geyinən gənc kişiymiş və qeyri-adi üsulla nişanlısı ilə görüşə getmək istəyib. Gənc həbs olunub. Polis araşdırma aparır.