İraqın şərqindəki Mosul şəhərində terrorçu hərbi konvoya hücum edib.
Qaziler.az RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Bilavet kəndi yaxınlığındakı Giyar ərazisində baş verib.Məlumata görə, terrorçu-kamikadze iraqlı hərbçilər əməliyyata gedərkən özünü partladıb. İnsident nəticəsində 70-ə yaxın İraq ordusunun hərbçisi həlak olub. Hücumun İŞİD tərəfindən təşkil olunduğu ehtimal edilir.