Qazilər.az “Milliyyet.com.tr”-a istinadən xəbər verir ki, İsrailin İrana silah satması dünyanı şoka salıb. Bu barədə xəbəri World Observer yayıb.
Qeyd edək ki, İranın uranı zəngiləşdirmə fəaliyyəti ilə bağlı P5+1 ölkələri arasında gedən müzakirələrin ardınca dünya gündəmini dəyişdirəcək bir iddia ortaya atıldı: İrana qarşı tətbiq olunan embarqonu ilk olaraq İsrail aradan görtürdü.Məsələ ilə bağlı ilk açıqlamanı ABŞ-ın Daxili Təhlükəsizlik Təşkilatı olan Homeland Securite verib.
Dünyanı şoka salan iddiaya görə isralilli silah alverçiləri İrana təyyarə ehtiyatları və silah satıb.
İsrailin 2012-ci ildən bu yana İrana qırıcı təyyrələrin ehtiyat hissələri satmasından ilk xəbərdar olan ölkə isə Yunanıstan olub. Yunanıstan məsələni ABŞ-a açıqlayandan sonra Mərkəzi Kəşfiyyat İdarəsi araşdırmaya başlayıb.