Dağıstanın Dərbənd şəhərində antiterror əməliyyatı rejimi tətbiq edilib.
Qaziler.az APA-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə Dağıstan üzrə Əməliyyat Qərargahından bildirilib.“Əməliyyat Qərargahının rəhbərinin qərarı ilə saat 20:00-dan (Bakı vaxtı ilə 21:00-da) etibarən Dağıstanın Dərbənd şəhərində antiterror əməliyyat rejimi tətbiq edilib”, - deyə məlumatda bildirilir.
Əməliyyat çərçivəsində silahlılar və onların tərəfdarlarının axtarışı həyata keçirilir.