Bu dəfə canlı bomba işə düşdü - Yaralılar var

Bu dəfə canlı bomba işə düşdü - Yaralılar var backend

Türkiyə polis Qaziantep şəhərində antiterror əməliyyatı keçirir.

Qaziler.az-ın "СNN Türk" telekanalına istinadən verdiyi məlumata görə, polisə Qaziantep Universiteti qarşısındakı küçədə evlərdən birində “canlı bomba”ların olduğu barədə məlumat daxil olub.

Əməliyyat zamanı terrorçulardan biri üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə bir neçə polis əməkdaşı və mülki şəxs yaralanıb. İkinci canlı bomba polislə atəş açmaqda davam edir.