QAZİLER.AZ saytı “Milliyyet” qəzetinə istinadla bildirir ki, bu gün Muğlanın Datça qəsəbəsi sahillərində Kuruçabuk mahalında içərisində Suriyalı qaçqınlar olan bərə batıb. İlkin məlumatlara görə, 6 nəfər dənizdə boğulub.
Xilasedicilərin axtarışları nəticəsində onlardan 3 cəsəd quruya çıxarılıb. Bərənin köhnə və deşik olduğu üçün batdığı güman olunur. Dənizdə daha 5 nəfər qaçqının cəsədinin olduğu təxmin edilir. Sağ qalanlardan 9 kişi, 2 qadın olmaqla xilas edilib. Araşdırmalar zamanı, Suriyalı qaçqınların çoxluq təşkil etdiyi bərədə İrak uyğurlarının olduğu da məlum olub. Ölənlərin meyitləri Datça dövlət xəstəxanasının morquna aparılıb.