İraqın paytaxtı Bağdadda baş vermiş bir neçə terror hücumu nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, hadisə oktyabrın 15-də baş verib. Bununla bağlı yerli polis və səhiyyə təşkilatı məlumat verib.Gün ərzindəki əsas terror hadisəsi Aşura mərasimi zamanı baş verib. Bu zaman insanlarla dolu çadırda partlayış olub, 41 nəfər ölüb, 33 nəfər yaralanıb. Çadır
şəhərin mərkəzindəki bazar meydanında qurulmuşdu.
Bu hücumdan əvvəl Bağdad ətrafında iki hücum olmuşdu. 11 polis əməkdaşı və iqtidaryönlü silahlı qrupun 3 nümayəndəsi öldürülmüşdü. Bundan başqa, bir silahlı könüllü döyüşçülərin liderinin birinin evinə hücum edərək onun arvadını və üç uşağını öldürüb.