Fransada avtobusa silahlı basqın

Fransada avtobusa silahlı basqın backend

Fransa Liqasının 31-ci turunda keçirilən "Marsel" - PSJ matçından öncə xoşagəlməz hadisə yaşanıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, oyundan öncə Paris təmsilçisini daşıyan avtobusa silahlı basqın edilib.

Qonaq komandanın avtobusu "Marsel"in bir qrup azarkeşi tərəfindən basqına məruz qalıb. Avtobusun bəzi şüşələri qırılıb.

Qeyd edək ki, "Marsel" - PSJ oyunu 3:2 hesablı qonaqların qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, iki gün öncə Türkiyə superliqasında "Rizəspor" - "Fənərbaxça" matçından (1:5) sonra qonaq komandanın avtobusu silahlı basqına məruz qalıb.
Diaspora