Moskvada “Cənub qapıları” avtovağzalı açıldı

Moskvada “Cənub qapıları” avtovağzalı açıldı backend

Moskva meri Sergey Sobyanin bu gün yeni “Cənub qapıları” avtovağzalının açılışını edib.

QAZİLER.AZ saytının “Arqumentı və faktı” qəzetinə istinadən verdiyi məlumata görə, yeni avtovağzal Rusiyanın cənub regionlarından, həmçinin MDB ölkələrindən reyslərin qəbulu və göndərilməsi üçün nəzərdə tutulub. Vağzal 24 saat rejimində işləyir və gündəlik olaraq 200 reysin qəbul edilməsinə hesablanıb. Bu barədə danışan Moskva meri Sobyanin bildirib ki, məqsəd Moskvaya gələnlərə komfortlu şərait yaradılmasından ibarətdir.

Aprelin 1-dən 1-ci reysi yola salan avtovağzal Rostov-Don, Tula, Volqoqrad, Elista, Stavropol, Lipetsk, Həştərxan, Krım, həmçinin Azərbaycan və Moldovadan gələn avtobus reyslərini qəbul edəcək.
Diaspora