“Türkiyə Mosulun azad edilməsi əməliyyatında iştirak etmək niyyətindədir“

“Türkiyə Mosulun azad edilməsi əməliyyatında iştirak etmək niyyətindədir“ backend

Türkiyə Mosulun İŞİD silahlılarından azad edilməsi əməliyyatında iştirak etmək niyyətindədir.

Qaziler.az APA-ya istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, əgər rəsmi Vaşinqton və Bağdad türk hərbçilərinin köməyindən imtina etsə, o zaman Türkiyə "B" planını həyata keçirəcək.

Oktyabrın 13-də Türkiyə prezidentinin mətbuat katibi rəsmi Ankaranın Mosulun azad edilməsi əməliyyatının mənfi təsirindən, minlərlə qaçqının Türkiyə sərhədinə axışması ehtimalından ehtiyatlandığını ifadə edib.