“Ən-Nusra” 300 kürdü girov götürdü

“Ən-Nusra” 300 kürdü girov götürdü backend

Bu gün ekstremist terror qruplaşması olan “Ən-Nusra Cəbhəsi” Suriyanın İdlib şəhərinin şimal-qərb provinsiyasında 300 kürdü əsir götürüb. Qeyd edək ki, İdlib Dəməşq şəhərinin 323 km-liyində yerləşir.

Tass-ın Firat informasiya Agentliyinə istinadən yaydığı xəbərə görə, kürd regionu sayılan Afrindən Dəməşqə 5 avtobusla yola düşən kürdlər bu səhər Dana şəhəri yaxınlığında dayanıblar. Qadınları və uşaqları buraxan terrorçular kişiləri hələ də girovluqda saxlayırlar. Qeyd edək ki, kürdlər əsasən Suriyanın Aleppo vilayətində Afrin və Kobani şəhərlərində məskunlaşıblar.
Diaspora