Dünya ölkələrinin vətəndaşlıq siyasəti fərqli istiqamətlərə təzahür edir. Hazırda ən iri inkişaf etmiş dövlətlərin belə ölkədə işçi qüvvəsini, əhalinin nüfuzunu artırmaq üçün xarici ölkə vətəndaşlarına ehtiyacı var.
Bunun üçün müxtəlif miqrasiya siyasəti yürüdən ABŞ, Kanada və hətta dünyanın o başında yerləşən Avstraliya və Yeni Zellandiya kimi dövlətlər hər ölkəsinə yüz minlərlə xarici vətəndaşın yaşamasına şərait yaradırlar. Avropanın öndə gedən ölkələrində isə tam əksinə, əhali sıxlığı bəzi ölkələrdə xaos həddinə çatır. Buna görə həmin dövlətlə immiqrasiya siyasəti yox, emiqrasiya siyasəti yürüdürlər. Sonuncu siyasi təzahürünü şərqi Asiya ölkələrinə də şamil etmək olar. Son 10 il ərzində bu sahədə dövlətlərin siyasəti köklü dəyişikliklərə məruz qalıb. İnkişafda olan ölkələr, yəni kasıb təbəqə sayılan məmləkətlərdə əhali artımı sürətlə gedirdi, hal-hazırda da bu tendensiya davam etsə də artıq bəziləri anti-demoqrafiya prinsiplərinə söykənən siyasət yürüdürlər. Hindistan dünyada əhali sayına görə, ikinci pillədə yer alır. Əhalinin demoqrafik göstəriciləri o həddə çatıb ki, 27 ştatdan ibarət olan 3,2 milyon km2 lıq bir ölkə artıq neçə ildir ki, sıxlıq problemi yaşayır. Çinin “Hər ailəyə 1 övlad” addımından sonra Hindistanda bu metodun tətbiqinə keçdi: “Hər ailəyə maksimum 2 övlad”. Dünya demoqrafiya xəritəsində “tünd-qırmızı”ya çalan ölkələr isə əsasən cənub yarımkürəsinə düşür. Afrika qitəsi, Cənubi Amerika və Asiyanın cənub bölgələri yoxsulluğun qisasını “Övlad istehsal” etməkdən çıxır. Elə ən böyük borcu olan Braziliyadan tutmuş Nigeriya xalqına kimi.Keçək o biri yarımkürəyə
Dünya siyasət platformasında hegemonluğunu qoruyub saxlayan ABŞ kimi bir ölkə hər il 400 min xarici vətəndaşa yerli pasport verilir. Dövlət bu ehtiyacı müxtəlif konkurslar, müsabiqələrlə həyata keçirir. Belə ki, ABŞ-ın bir sıra şirkətləri ölkələrdən daxili iqtisadiyyat üçün əhəmiyyətli sayılan təsərrüfat sahələrinə əmək resursu olaraq subyektləri cəlb edir. Ötən əsrlərdə məlumdur ki, elmin və texnologiyanın təkamül tapmadığı dövrdə cənubdan zənci qullar, asiyalılar, ispandilli xalqlar təşrif buyurdu və yaxud işçi qüvvəsi kimi əsr olaraq gətirildi. İndi ictimai maariflənmə prosesi təbii ki, əsir-qul ənənəsini geridə qoyub. Xalqları ölkəyə cəlb etmək üçün eqola yox, artıq düşünən beyinlər işə salınır. Eləcə bu prioriteti Kanadaya, Avstraliyaya da aid etmək olar. Digər iki ölkədə isə hər il 200 min xarici vətəndaş yerli statusu alır. Sözügedən ölkələrdə Mulat və ya Metis xalqların çoxluq təşkil etdiyini görmək olar.
Hər ailədə 3 uşaq demoqrafik siyasətin əsas prinsipidir
Mütəxəssislərin fikrincə, inkişaf etmiş, vətəndaş cəmiyyətini formalaşdırmış ölkələrdə demoqrafik siyasətin əsas prinsipi kimi hər ailədə 3 uşaq formatı məqbul sayılır. Belə ki, gələcəkdə say baxımından uşaqlardan biri atanı, biri ananı, biri isə artımı təmin etməlidir. Təcrübədə özünü doğrultmuş bu demoqrafik mənzərə bu gün ölkəmizdə də müşahidə olunmaqdadır. Hazırda muxtar respublikada ailələrin orta ölçüsü - yəni ailə üzvlərinin sayı 4-5 nəfərə bərabərdir ki, bu da hər ailədə 3 uşaq prinsipinin təmin olunduğunu göstərir.
Dünya təcrübəsində vətəndaş cəmiyyəti
Dünya ölkələrinin təcrübəsi onu da göstərir ki, vətəndaş cəmiyyəti müəyyən əlverişli şərait yaradıldığı təqdirdə inkişaf edir. Ekspertlər qeyd edirlər ki, belə bir şərait dövlət və ya onun əksinə olaraq xeyli dərəcədə cəmiyyətin özü tərəfindən yaradılır. Yəni, dövlət lazımi qanunların qəbulu, demoqratik strukturların formalaşdırılması, hamılıqla qəbul olunmuş norma və prosedurlara ciddi riayət etməsi və hüquqlara təminat yaradılması yolu ilə vətəndaş cəmiyyətinin inkişafına və müstəqil fəaliyyətinə şərait yaradır. Dünya ölkələrinin təcrübəsi onu da göstərir ki, vətəndaş cəmiyyəti müəyyən əlverişli şərait yaradıldığı təqdirdə inkişaf edir. Ekspertlər qeyd edirlər ki, belə bir şərait dövlət və ya onun əksinə olaraq xeyli dərəcədə cəmiyyətin özü tərəfindən yaradılır. Yəni, dövlət lazımi qanunların qəbulu, demoqratik strukturların formalaşdırılması, hamılıqla qəbul olunmuş norma və prosedurlara ciddi riayət etməsi və hüquqlara təminat yaradılması yolu ilə vətəndaş cəmiyyətinin inkişafına və müstəqil fəaliyyətinə şərait yaradır. Bu baxımdan vətəndaş cəmiyyətinin struktur elementləri sahələrə görə aşağıdakı kimi təsnif edilir: İqtisadi sahədə qeyri-dövlət müəssisələri, birliklər, aksioner təşkilatları, korporasiyalar, sahibkarlıq, təşəbbüskarlıq və digər könüllü birliklər və qeyri-dövlət sosial-iqtisadi əlaqələr və s.
Avropa miqrantlardan cana doyub
Hazırda Avropa ağlasığmaz miqrant axını ilə üz-üzədir. Təkcə 2015-ci ildə Avropa İttifaqı ərazisinə Afrika və Yaxın Şərqdən 350 min miqrant gəlib. Bu rəqəmə planlı və tipik miqrasiya axınını, yəni inkişaf etmiş ölkələrdən olan, yaşayış yerini Avropaya dəyişmək istəyən miqrantları da əlavə etmək lazımdır. Ən nəhayət, Ukraynadan Şərqi Avropa ölkələrinə, xüsusilə ölkənin təhlükəsizliyinə təminat verən, müharibə zonasından qaçan şəxsləri sığınacaqla təmin edən Polşaya miqrant axını müşahidə olunur. Nəticədə vəziyyət partlayış həddinə çatıb və bu, Avropanın daha radikal əhval-ruhiyyəyə köklənmiş dairələrini müəyyən addımlar və bəyanatlara məcbur edir.
Həmrəylik
Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar.
Amerika Birləşmiş Ştatlarında 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə yaxın azərbaycanlı yaşayır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız məskunlaşıblar.
Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qism soydaşlarımızın bu qitəyə axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərib.
Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlıların sayı Türkiyədə və Rusiyada, milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.
Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən köçmüş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan və Azərbaycan Respublikasından köçənlərdir.
Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demoqratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.
Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüz minlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilib. Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.
Rüfət Soltan
Adalet.az