“National Geographic” kanalı “Tanrının hekayəsi” adı sənədli filmin çəkilişlərini davam etdirir.
Qaziler.az bildirir ki, ATV.az-ın məlumatına görə, dünya dinlərinin tarixindən bəhs olunan sənədli filmdə onların kökləri araşdırılır. Filmin rejissoru, Hollivud ulduzu Morqan Friman bu məqsədlə Londondakı türbələrdən birini ziyarət edib. O, türbədə keçirilən Aşura mərasiminə qatılıb. Mərasim zamanı onun diz çökərək dua etməsi diqqətdən yayınmayıb. Daha sonra isə Hollivud ulduzu mərasimdə paylanan ehsanın dadına baxıb.Qeyd edək ki, Morqan sənədli filmin çəkilişləri üçün indiyə qədər bir neçə ölkəyə səfər edib.