“Kral öldü, yaşasın kral!” - Kralın varisi açıqlandı

“Kral öldü, yaşasın kral!” - Kralın varisi açıqlandı backend

Tailandın yeni kralı Pxumipon Adulyadetin oğlu, vəliəhd Maha Vaçiralonqkorn olacaq.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Prayut Çan-Oça bildirib.

Onun sözlərinə görə, Maha Vaçiralonqkorn hələ 2002-ci il dekabrın 28-də Konstitusiya qanunlarına uyğun bu posta seçilib.

“Buna görə də biz müvafiq qərara uyğun addımları atmalıyıq”, - deyə baş nazir söyləyib.

Xatırladaq ki, Tailand kralı Pxumipon Adulyadet bu gün 89 yaşında Banqokdakı Sisirat xəstəxanasında dünyasını dəyişib. Onun vəfatı ilə bağlı ölkədə 1 ay matəm elan olunub.