Ölmüş qadınla üç saat bir təyyarədə uçdular

Ölmüş qadınla üç saat bir təyyarədə uçdular backend

Qadın sərnişin uçuş zamanı vəfat edib.

Antalya-Moskva reysinin sərnişinləri üç saat ərzində ölmüş qadınla bir yerdə təyyarədə uçublar.

Onun cəsədi üç saat ərzində təyyarənin keçidində oturacaqların arasında qalıb.

Qadın təyyarənin bortunda ürək tutmasından ölüb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlum olub ki, 53 yaşlı sərnişin diabetdən əziyyət çəkirmiş. Qadın reysdən bir saat əvvəl insulin vurduğuna görə, dərmanını da baqaja veribmiş. Onun vəziyyəti qəflətən pisləşsə də ona kömək etmək mümkün olmayıb.

Qadının ölümündən sonra laynerin kapitanı reysi dayandırmayıb. Ona görə də ölmüş sərnişinin cəsədi ədyalla örtülüb və oturacaqların arasındakı keçiddə qoyulub.