“Apple”in rəsmi nümayəndələri öz cihazlarını yeni "iOS 10" əməliyyat sisteminə keçirməyə qərar verən istifadəçilərin sayı barədə məlumat veriblər. İKT.lent.az-ın “svopi.ru” saytına istinadən məlumatına görə, qeyd edilir ki, onların ümumi sayı 54 faiz təşkil edir.
Bir ay öncə “Apple” korporasiyası bir çox istifadəçilərin səbirsizliklə gözlədiyi yenilənmiş "iOS 10" əməliyyat sistemini təqdim edib. İndiyədək 54 faiz smartfon və planşet sahibləri yeni əməliyyat sistemini öz cihazlarına quraşdırmağa qərar verib. 38 faiz istifadəçi hələ də "iOS 9"da qalıb. Digər 8 faiz istifadəçi isə öz cihazlarını, ümumiyyətlə, yeniləməyib.Sistemlər arasında müqayisəyə gəldikdə, analoji dövrdə iOS 9 əməliyyat sistemi “Apple” texnikasının 57 faiz sahibini cəlb edə bilib. Bu isə yeni proqram təminatının daha az populyarlığından xəbər verir.
“Apple” şirkətində əmindirlər ki, sistem artıq özünü yaxşı tərəfdən göstərib və gələcəkdə "iOS 10" yükləmiş istifadəçilərin sayı xeyli artacaq.