Kabildə məscidə soxulan naməlum şəxslər ibadət edənlərə atəş açıblar

Kabildə məscidə soxulan naməlum şəxslər ibadət edənlərə atəş açıblar backend

Bir neçə naməlum şəxs oktyabrın 11-də Əfqanıstanın paytaxtı Kabil şəhərindəki İmam Əli şiə məscidinə soxularaq ibadət edənlərə atəş açıb.

AZƏRTAC Rusiyanın TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Tolo News” telekanalının yaydığı məlumata görə, məsciddə, həmçinin partlayış baş verib. Həlak olanlar var. Ölənlərin və yaralananların dəqiq sayı barədə məlumat verilmir.

Təhlükəsizlik qüvvələrinin əməkdaşları hadisə yerindəki insanları təxliyə edirlər.

Hələlik terror qruplaşmalarının heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.