PKK Türkiyədə qatarı partlatdı

PKK Türkiyədə qatarı partlatdı backend

Türkiyənin şərqində, Ərzincan və Sivas vilayətlərinin arasında PKK terror təşkilatının üzvləri yük qatarını partladıblar.

Trend-in "Haber7"-yə istinadən verdiyi məlumata görə, terrorçular dəmir yoluna məsafədən idarə olunan əldəqayırma partlayıcı qurğu yerləşdiriblər.

Partlayış qatarın hərəkəti zamanı baş verib.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.