ABŞ Rusiyanı NATO-ya üzv etmək istəyir

ABŞ Rusiyanı NATO-ya üzv etmək istəyir backend

Ceyms Beyker Rusiyanı zərərsizləşdirməyin yollarını axtarır

Dünya "ABŞ-da Rusiyaya qarşı qeyri-məhsuldar siyasət yürüdürlər. Onlar Rusiyanı NATO-ya dəvət etməklə "çoxdan öz komandalarına daxil etməli" idilər".

ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beyker CNN telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, "ABŞ-ın Yeltsin və Putinin hakimiyyətdə olduğu 15 il ərzində Rusiya ilə çox yaxşı münasibəti olub". Beyker həmçinin "Ukraynanın tikələrə bölünməsi"ni dayandırmağa səsləyib. O, bu siyasəti istər Rusiya, istərsə də ABŞ üçün qeyri-məhsuldar adlandırıb.

"Biz və bizim Qərbi Avropadakı tərəfdaşlarımız Rusiyanı millətlər birliyinə qaytarmağın yollarını tapmalıyıq. Soyuq müharibə və Sovet İttifaqı dağılandan sonra Rusiyanın NATO-ya daxil olamasına imkan yaradan üsul tapmaq lazım idi. Bu, siyasi bir alyans olmaqla yanaşı, həm də təhülkəsizlik sahəsində bir ittifaqdır. Ona birliyə daxil olmağa, komandaya qoşulmağa imkan yaradılmalı idi. Amma bu olmadı", - deyə Ceyms Beyker ABŞ-ın Rusiyaya qarşı siyasətini şərh edərkən bildirib.
Diaspora