Almaniyanın Veymar şəhərində soğan festivalı başlanıb

Almaniyanın Veymar şəhərində soğan festivalı başlanıb backend

Azərbaycanda keçirilən məşhur festivallar, o cümlədən Göyçayda nar, Qubada alma, Gəncədə plov və Şəkidə paxlava festivalları hamıya məlumdur.

Bəs Almaniyada hansı festivallar keçirilir?

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Veymar şəhərində məşhur Soğan Bazarı (Zwiebelmarkt) açılıb. Bu, Şərqi Almaniyanın populyar payız bayramlarından biridir. Yarmarka barədə ilk yazılı məlumat 1653-cü ilə gedib çıxır. Ənənə ADR vaxtında da davam edib. Həmin vaxt bazara bir neçə gün ərzində 120 minədək adam gəlib. 1970-ci ildə burada 100 ton soğan satılıb. Bu il təşkilatçılar 300 min nəfərin gəlməsini gözləyir. Bayram bazar gününədək davam edəcək.