Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoral bu gün Bakıya gəlir. virtualaz.org-un xəbərinə görə, diplomatı gətirən təyyarə axşam saatlarında Heydər Əliyev adına Bakı Hava Limanına enəcək.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı əvvəlki səfiri İsmayıl Alper Coşqunun səlahiyyət müddəti başa çatıb.