Axtarışlar genişlənir

Axtarışlar genişlənir backend

Rusiya Fövqəladə Hallar Nazirliyi Oxot dənizində qəzaya uğramış traulerin axtarış zonasının genişləndiriləcəyini bildirir.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Oxot dənizindəki axtarış əməliyyatlarında ümumilikdə 2 min nəfərdən çox insan və 100 ədəd texnika, o cümlədən dəniz nəqliyyatı və aviasiya iştirak edir. Hazırda xilasetmə dəstələrinin sayının və vəsaitin artırılması, eyni zamanda axtarış zonasının genişləndirilməsi istiqamətində işlər görülür.

Rusiya FHN-nin Dalnevostok regional mərkəzindən verilən məlumata görə, ötən sutka ərzində dənizdən və havadan 8 min kvadratkilometr, ümumilikdə isə demək olar ki, 30 min kvadratkilometr akvatoriyada axtarış işləri aparılıb.

“Dalniy Vostok” gəmisinin qəzaya uğradığı zonada itkin düşmüş 13 nəfərin axtarışı davam edir. Maqadandan xilasedicilərin köməyinə Be-200 tipli amfibiya təyyarəsi göndərilib.
Diaspora