Ukrayna ordusu itki verdi - Donetskdə

Ukrayna ordusu itki verdi - Donetskdə backend

Ukraynanın şərqində Donetsk bölgəsində gərginlik son həddə çatıb.

Qaziler.az Axar.az-a istinadən Rus separatçıları Ukrayna ordusunun mövqelərini atəşə tutub. Nəticədə Ukrayna ordusunun 1 əsgəri öldürülüb, 1-i isə yaralanıb.

Ukrayna tərəfindən verilən açıqlamada bildirilir ki, qiyamçılar atəşkəs rejiminə əməl etmirlər. Mütəmadi olaraq mövqelərimizi atəş altında saxlayırlar. Qarşı tərəfə cavab zərbələri endirilib, ancaq qiyamçıların nə qədər itki vermələri barədə məlumata sahib deyillər. (axar.az)