Türkiyədə baş vermiş terror aktında ölənlərin sayı 17 nəfərə, yaralıların sayı 27-ə çatıb

Türkiyədə baş vermiş terror aktında ölənlərin sayı 17 nəfərə, yaralıların sayı 27-ə çatıb backend

Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən Durak Jandarm hərbi postuna hücum zamanı ölənlərin sayı 17 nəfərə çatıb.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Hakkari valisi məlumat yayıb.
Hakkari valisi Şəmdinlidə terror hücumu zamanı 9 hərbçinin şəhid olduğunu, 8 mülki şəxsin həyatını itirdiyini bildirib.
O, qeyd edib ki, 27 yaralı hərbçi helikopterlərlə hospitallara yerləşdirilib.
Qeyd edək ki, bir neçə saat bundan əvvəl Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində yerləşən Durak Jandarm hərbi postuna bomba ilə yüklənmiş avtomobillə hücum edilib.