31 İŞİD-ci məhv edildi

31 İŞİD-ci məhv edildi backend

Son 24 saat ərzində Suriyanın şimalında İŞİD-lə baş vermiş silahlı insident zamanı, habelə terrorçuların mövqelərinə endirilmiş hava zərbələri nəticəsində qruplaşmanın 31 silahlısı məhv edilib.

Qaziler.az Report-a istinadən biıldirir ki, məlumata görə, terrorçulardan 14-ü Axterin və Türkmən Barex yaşayış məntəqələrinə hücum zamanı məhv edilib.

Daha 17 terrorçu isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava zərbələri zamanı zərərsizləşdirilib.