Türkiyənin Anadolu Agentliyinin yaranmasından 95 il keçir.
Qaziler.az AZERTAC-a istinadən xəbər verir ki, Türkiyə Cümhuriyyətinin banısı Mustafa Kamal Atatürkün tövsiyəsi ilə 1920-ci il aprelin 6-da fəaliyyətə başlayan agentlik ötən müddətdə çətin və şərəfli yol keçib. Türk xalqının başını qara buludların aldığı bir vaxtda yaranmasına baxmayaraq, Anadolu qısa zaman kəsiyində dünyanın aparıcı media qurumları sırasında özünə layiqli yer tuta bilib.Xəbərləri düzgün və operativ oxucuya çatdırmaq Anadolunun başlıca fəaliyyət prinsipidir. Məhz bu mövqe beynəlxalq media məkanında Anadolunun xəbərlərinə olan etibarı daha da artırır.
Anadolu bütün qitələrdən, qaynar münaqişə zonalarından informasiyalar hazırlayır, elmi və texnoloji yeniliklər, bir sözlə cəmiyyət üçün önəm kəsb edən bütün mövzularla bağlı dəqiq və operativ xəbərlər yayır.