İsveçin baş naziri də Moskvaya getməkdən imtina etdi
İsveçin baş naziri Stefan Leven mayın 9-da Qələbənin 70 illiyi münasibətilə keçiriləcək təntənəli paradda iştirak üçün Moskvaya getməyəcək.ANS PRESS-in məlumatına görə, bu barədə hökumət başçısının mətbuat katibi Anna Ekberq bildirib. O deyib ki, bu qərar Ukrayna məsələsinə görə Rusiyanın tutduğu mövqe ilə bağlıdır. İsveç İkinci Dünya müharibəsinin gedişatında Rusiyanın verdiyi kütləvi qırğınlardan təəssüvlənir və həlak olanların ruhuna böyük hörmət bəsləyir. Ukrayna məsələsi ilə bağlı Rusiyanın apardığı siyasəti nəzərə alaraq İsveç hökuməti üzvlərinin hərbi paradda iştirakı çətin görünür.
Ümumiyyətlə, Yaponiyanın baş naziri Sindzo Abenin Rusiya paytaxtına gəlməyəcəyidə ehtimal edilir. İsrail prezidenti Reuven Rivlin, Almaniya kansleri Angela Merkel, Polşa, Litva, Latviya və Estoniya prezidentləri, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Avropa Şurasının sədri Donald Tusk, Norveçin, Finlandiyanın və Niderlandın, Norveç liderləri də məlum səbəbə görə Putinin dəvətindən imtina ediblər.
Çexiya prezidenti Miloş Zeman, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İn, Slovakiyanın, Yunanıstanın hökumət başçıları, Kipr, Bosniya və Herseqovina, İslandiya, Makedoniya, Çernaqoriya və Serbiya rəhbərləri parada qatılacaqlarını təsdiqləyiblər.
Rusiya Prezidenti Administrasiyasının başçısı Sergey İvanov bildirib ki, Moskvaya xarici dövlətdən 25 lider və bir neçə beynəlxalq təşkilat rəhbərinin Moskvaya gələcəyi gözlənilir.