Dünyanın ən çirkli çayı

Dünyanın ən çirkli çayı backend

Dünyanın ən çirkli çayı İndoneziyanın Sitarum çayıdır. "Asian Development Bank"ı bu çayın təmizlənməsi üçün 500 milyon dollar ayırmışdı. Sitarum çayında axan su adi sudan min dəfə çirkli sayılır. Ətrafa yayılan zəhərli maddələr ümumilikdə 200 milyon insanın həyatı üçün təhlükə mənbəyidir.

Çayın zəhərlənməsinə səbəb torpaqdakı qurğuşun, havaya atılan kimyəvi maddələr və çaylara axıdılan zavod və fabrik tullantılarıdır. Sitarum çayında axan suyun tərkibində yüksək miqdarda aliminium və dəmir var. İndoneziyada fəaliyyət göstərən iki minə yaxın fabrik sənaye tullantılarını məhz bu çaya axıdır. Əslində, bu, xalq üçün böyük fəlakətdir. Çünki iri Sitarum çayı bir çox yerli sakin üçün həyat mənbəyidir.