Ukrayna Rusiyaya ikinci nota göndərdi

Ukrayna Rusiyaya ikinci nota göndərdi backend

Rusiyanın Kiyevdəki konsulu bu gün Ukrayna Xarici İşlər Nazirliyinə çağırılacaq.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Maryana Betsa söyləyib. Onun sözlərinə görə, rəsmi Kiyev konsuldan Ukraynanın Rusiyadakı diplomatlarının bir müddət öncə Moskvada həbs edilmiş Roman Suşenkonun yanına buraxılmamalarını izah etməsini tələb edəcək.

Betsa həmçinin Rusiya Xarici İşlər Nazirliyinə bu məsələ ilə bağlı ikinci notanın da göndərildiyini bildirib.

Qeyd edək ki, Roman Suşenko Ukrayna jurnalistidir. O, bir müddət öncə Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. Suşenko Rusiya əleyhinə casusluqda günahlandırılır. Moskva jurnalistin Ukrayna hərbi kəşfiyyatının agenti olduğunu bildirib.