Türkiyənin Van vilayətinin Gürpınar mahalında PKK tərəfindən yola quraşdırılan partlayıcının işə düşməsi nəticəsində 1 çavuş rütbəli hərbçi həlak olub, 2 əsgər isə yaralanıb.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, hadisə hərbçilərin magistral yol kənarında yoxlamalar apardığı zaman baş verib.Yaralıların xəstəxanalara yerləşdirildiyi bildirilib.
Bölgədə havadan əməliyyatlara başlanılıb.